Sel suları Bakı-Şamaxı yolunda nəqliyyatın hərəkətinə çətinlik yaradıb - VİDEO

Qobustan rayonu ərazisində yağan intensiv leysan yağışları nəticəsində dağlıq zonalardan axan sel suları Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bəzi hissələrində nəqliyyatın hərəkətinə çətinlik yaradıb.
Avtosfer.az xəbər verir ki, sel suları ilə birlikdə axan daş və torpaq qatı yolun 78-ci kilometrliyində suötürücü qurğulara (kanallar və borular) dolub. Bu səbəbdən yağış suları yolun hərəkət hissəsinə çıxaraq nəqliyyatın hərəkətinə maneə törədib.
Əraziyə dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 4 nömrəli Magistral Yolların İstismarı MMC-nin canlı qüvvəsi və texnikası cəlb olunub.
AAYDA-nın baş mühəndisi Həsən Məmmədli bildirib ki, baş verən hadisəyə operativ reaksiya verilib, hazırda ərazidə təmizləmə və bərpa işləri davam etdirilir. “Hazırda yolda hərəkətin tam bərpası və təhlükəsizliyin təmin olunması üçün bütün imkanlarımız səfərbər olunub. Havanın dəyişkənliyinə baxmayaraq, işlər fasiləsiz aparılır. Avtomobillərin hərəkətində hər hansısa məhdudiyyət yoxdur, sürücülərə tövsiyə edirik ki, ərazidən keçərkən diqqətli olsunlar”, - deyə qurum rəsmisi bildirib.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO











