Sel yolları dağıtdı, sakinlər selin gətirdiyi daşları əl arabaları ilə yığdı - VİDEO

Lahıcda sel bir sıra fəsadlar törədib.
Evləri, tövlələri turizm-istirahət obyektlərini, mağazaları sel basıb, ağaclar, ekektrik və rabitə dirəkləri aşıb, qaz borusu qırılıb, əhali qazsız və işıqsız qalıb. Sel səbəbindən yolları qalın lil qatı örtüb, nəqliyyatın hərəkəti mümkün olmayıb. Sakinlər və aidiyyəti qurumların əməkdaşları qəsəbənin küçələrindən selin gətirdiyi daşları əl arabaları ilə yığıb. Sakinləri bildirir ki, bir sıra evlərə zərər dəyib.
İsmayıllı RİH başçısının Lahıc qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Əlizadə bildirib ki, sel nəticəsində qəsəbəyə girişdə məhdudiyyət yaranıb, evlərin zirzəmiləri suya qərq olub.
Qeyd edək ki, qəsəbə ərazisində yağış səhər saatlarına kimi davam edib. Hazırda yağmurlu hava müşahidə olunmasa da çaylarda bolsululuq hələ də qalmaqdadır.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












