“SEPAH hansı qisasdan danışır? Sübut etsinlər!”

Xəbər verdiyimiz kimi, SEPAH-ın rus dilində yayımlanan Teleqram kanalı prezident İbrahim Rəisinin həlak olması ilə bağlı paylaşım edib.
“TV Musavat”ın canlı efirinə qoşulan hərbi ekspert Ədalət Verdiyev qisasla bağlı səslənən fikirləri şərh edib:
“Hansı qisasdan danışırlar? Boşboğazlıq etməkdən başqa işləri-gücləri yoxdur. Getsinlər, aviasiya vasitələrini təmir etdirsinlər, prezidenti normal vasitələrdə havaya qaldırsınlar. Öz günahlarını başqalarında axtarmaq istəyirlər. Çünki prezidentin təhlükəsizlik və s. məsələlərinə SEPAH cavabdeh idi. Pilotlara da SEPAH cavabdeh idi. Fikri özlərindən yayındırmaq üçün belə nömrələrə al atırlar. Əgər müdaxilə varsa, ortaya sübut qoysunlar. Boşboğazlıq etmək yeri deyil. Baş vermiş faciədən doğru-dürüst nəticə çıxarıb, əsl günahkarları cəzalandırmaq lazımdır”.
Ə.Verdiyev günahkarların İran ərazisində yerləşdiyini bildirib:
“Heç bir kənar müdaxilədən söhbət gedə bilməz. Havada 3 eynitipli helikopter var idi, kimin hansı helikopterdə uçduğu da. Belə bəyanatı verən adam ortaya görüntü qoymalıdır. İsrail-HƏMAS münaqişəsində müşahidə edirik ki, hansı raketin hara uçduğu aydın görünür. Xatırlayırsınızsa, SEPAH Ukrayna təyyarəsini raketlə vurmuşdu. Mülki təyyarəni hərbi təyyarədən seçə bilməyənlər qisasdan danışırlar. Bu, bir ölkə üçün qürur məsələsi idi”.
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ










