SEPAH Hörmüz boğazından keçən gəmilərə XƏBƏRDARLIQ ETDİ

İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri bütün gəmiləri Hörmüz boğazından yalnız Tehranın müəyyən etdiyi dəhlizlə keçməyə çağırıb. Avtosfer.az xəbər verir ki, hərbçilərin bu xəbərdarlığı İranın dövlət televiziyası vasitəsilə yayımlanıb.
"Bildiririk ki, İran tərəfindən təklif edilən dəhliz Hörmüz boğazından keçmək üçün yeganə təhlükəsiz yoldur. Gəmilərin fərqli marşrutlara yönləndirilməsi təhlükəlidir və SEPAH-ın Hərbi Dəniz Qüvvələri bu addımı atan hər kəsə qarşı sərt tədbirlər görəcək", - deyə bəyanatda qeyd olunub.
Xatırladaq ki, mayın 3-də ABŞ Prezidenti Donald Tramp hərbi münaqişə səbəbindən akvatoriyada qapalı qalan gəmilərin Hörmüz boğazından çıxarılması məqsədilə "Project Freedom" (Azadlıq Layihəsi) əməliyyatını elan etmişdi. Amerika lideri həmçinin xəbərdarlıq edib ki, əgər bu humanitar prosesə hər hansı müdaxilə olarsa, güc tətbiqi ilə cavab veriləcək./Oxu.az
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO












