Sərt karantin rejimində Təcili yardım necə işləyir? - VİDEO

Bu gün artıq sərtləşdirilmiş xüsusi karantin rejiminin ikinci günüdür.
Bu günlərdə gücləndirilmiş iş rejimində çalışan qurumlardan biri də 103 təcili tibbi yardım xidmətidir. Çağırışların gecikmədən, ünvana vaxtında çatması üçün çağrı mərkəzi həm əməkdaş, həm də texnika baxımından tam təmin olunub.
Ötən həftədən etibarən daxil olan zənglərin 70 faizindən çoxu isə real koronavirus daşıyıcıları ilə bağlıdır. Təcili Tibbi Yardımın baş həkim köməkçisi Nuridə Fərzəliyeva deyir ki, bu günlərdə müraciətlərin sayı xeyli artıb:
“Dünəndən bu günə 2500-dən çox zəng daxil olub. Hazırda xətdə 171 briqada ilə xidmət göstəririk. 171 sanitar avtomobil var və hər bir avtomobil tibb heyəti ilə təmin olunub”.
Bakı şəhəri üzrə 21 tibbi bölmə var ki, hər bir bölmədə də xüsusi geyimli əməkdaşlar yerləşdirilib. Yüksək hərarətlə bağlı çağırışlar daxil olduqda çağırışı da məhz bu əməkdaşlar yerinə yetirirlər. Elə çəkiliş apardığımız zamanda bu görünməyən qəhrəmanlar koronavirusla bağlı çağırışı yerinə yetirirdilər. 40 dərəcə hava və üzərlərində hava keçirməyən bu geyimi daşıyan həkimlər. Deyirlər, artıq yorulmuşuq...
Həkim Vüsalə Muxtarova çağırışa yollanmamışdan iş planları haqqında məlumat verir:
“İndi getdiyimiz xəstədə COVID-19 aşkarlanıb. Vəziyyətə baxacağıq, əgər ağır vəziyyətdə olsa, xəstəxanaya aparılacaq. Artıq xəstələrin sayı çox olduğundan bu xəstəliyi yüngül keçirilənlər müalicəni evdə alır“.
Ətraflı süjeti təqdim edirik:
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










