Şəxsiyyət vəsiqələri üçün ödənilən rüsum azaldılır? - AÇIQLAMA

Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, xaricdə çap olunmuş pasport və yeni nəsil şəxsiyyət vəsiqəsi blanklarının idxalı ƏDV-dən azad edilib. Bu qərar pasport və yeni nəsil şəxsiyyət vəsiqələrinin qiymətlərində hər hansı ucuzlaşmaya səbəb ola bilərmi?
Bu barədə Metbuat.az-a danışan iqtisadçı-ekspert Eyyub Kərimli dəyişikliyin qiymətlərin ucuzlaşmasına səbəb olacağını ehtimal etmədiyini deyib. Onun sözlərinə görə, bu addım bahalaşmanın qarşısını almaq üçün atılıb:
“Mən düşünmürəm ki, dəyişiklik pasport, yeni nəsil şəxsiyyət vəsiqələrinin qiymətinin azalmasına səbəb olsun. Çünki artıq qiymətlər təsdiqlənib. Sadəcə bahalaşmanın qarşısını almaq üçün atılan addımdır. Çünki dünyada kağızın qiyməti artır. Həmçinin, bu vəsait dövlət büdcəsindən ödənilirdi. Düşünürəm ki, sadəcə pasport və yeni nəsil şəxsiyyət vəsiqələrinin qiymətlərinin artmasının qarşısının alınması üçün ƏDV-dən azad edilib. Qiymət azalması gözləmirəm”.
Xatırladaq ki, ümumvətəndaş pasportu 1, 5 və ya ən geci 10 iş günü müddətinə verilir. 10 iş gününə 60 manat, 5 iş gününə 120 manat, 1 iş gününə 210 manatdır. Vətəndaşın şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə, 10 iş gününə 5 manat, üç iş gününə görə 50 manat, 1 iş gününə görə isə 70 manat ödəniş tələb olunur.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










