"Şimal-Cənub dəhlizi qlobal nəqliyyat arteriyasına çevriləcək" - Mixail Mişustin

Şimal-Cənub beynəlxalq dəhliz gələcəkdə bütün Avrasiya regionu dövlətlərinin maraqları naminə qlobal nəqliyyat arteriyasına çevriləcək.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin qazaxıstanlı həmkarı Oljas Bektenovla danışıqlar zamanı bildirib.
M.Mişustin nəqliyyat layihələrinin uğurla həyata keçirilməsinin Qazaxıstanı "Avrasiyanın kəsişməsi"nə çevirə biləcəyini bildirib.
"Qazaxıstan və Rusiya ərazisindən Avrasiyanın ən vacib tranzit marşrutları keçir. Biz Şimal-Cənub beynəlxalq dəhlizinin inkişafına böyük diqqət yetiririk", - o qeyd edib.
Baş nazir Qazaxıstanın Avrasiyanın kəsişməsinə çevriləcəyini vurğulayıb.
Qazaxıstan KİV-in məlumatına görə, M.Mişustin O.Bektenovla danışıqlar zamanı 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin 2,6 trilyon rublu (12,3 trilyon təngə və ya 23 milyard ABŞ dolları) keçdiyini bildirib.
"Qazaxıstanda sənaye, energetika, nəqliyyat və logistika infrastrukturu sahəsində strateji layihələr uğurla həyata keçirilir", - o əlavə edib.
Öz növbəsində Qazaxıstanın Baş naziri qeyd edib ki, iki dövlət başçısının ticarət dövriyyəsini 30 milyard ABŞ dollarına çatdırmaqla bağlı razılaşmalarının həyata keçirilməsi üçün tədarük edilən malların nomenklaturasının genişləndirilməsi vacibdir.
Danışıqların sonunda tərəflər strateji tərəfdaşlığı gücləndirmək və bütün istiqamətlərdə birgə işi davam etdirmək barədə razılığa gəliblər.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












