"Şimal-Cənub Nəqliyyat Dəhlizi kimi layihələr regionun inkişafına töhfə verəcək" - Şahin Mustafayev

"Naxçıvanla Azərbaycanın digər ərazilərini birləşdirəcək nəqliyyat əlaqəsi regionun inkişafına töhfə verəcək".
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev İranın Milli Günü münasibətilə Bakıda təşkil olunan rəsmi qəbulda deyib.
O, İran prezidentinin Azərbaycana planlaşdırılan səfərinin iki ölkə arasında münasibətlərdə yeni imkanlar açacağına inandığını söyləyib:
"İki ölkə arasında münasibətlər inkişaf edir. Əməkdaşlığın əsas sahələrindən biri də nəqliyyatdır. Naxçıvanla Azərbaycanın digər ərazilərini birləşdirəcək nəqliyyat əlaqəsinin qurulması regionun inkişafına böyük töhfə verəcək. Şimal-Cənub Nəqliyyat Dəhlizi və digər layihələr də regionun inkişafına hesablanıb. Eyni zamanda Ordubad Su Elektrik Stansiyası da bölgəmiz üçün böyük əhəmiyyət daşıyır".
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












