“Son 5 ildə reyslərin sayı 43% artıb” - Samir Rzayev

“Azərbaycan Hava Yolları” QSC (AZAL) ötən il 63 istiqamətdə 17 mindən artıq uçuş icra etməklə reyslərin sayını COVID-19 pandemiyasından əvvəlki dövr ilə (2019-cu illə) müqayisədə 43 % artırıb.
Avtosfer.az xəbər verir ki, bunu AZAL-ın prezidenti Samir Rzayev “Facebook” sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, AZAL ötən il 4 milyondan çox sərnişinə xidmət göstərməklə sərnişin sayında 2019-cü illə müqayisədə 50 %-lik artıma nail olub və tarixi rekorda imza atıb.
“AZAL son 20 il ərzində planlı və dinamik şəkildə inkişaf edərək bir sıra mühüm nailiyyətlərə imza atıb. Qeyd edilən dövr ərzində işğaldan azad olunmuş torpaqlarımız da daxil olmaqla ölkəmizdə dünya standartlarına cavab verən hava limanlarının və terminalların inşası reallaşdırılıb, təyyarə parkı modernləşdirilib və genişləndirilib. Maddi-texniki bazanın yaxşılaşdırılması ilə yanaşı, aviasiya sahəsində kadrların yetişdirilməsi, onların potensialının gücləndirilməsi və daha yüksək mərhələyə çatdırılması üçün mühüm addımlar atılıb. Müvafiq dövrlər üzrə AZAL və Heydər Əliyev Beynəlxalq Aeroportu "Skytrax" tərəfindən dəfələrlə “5 Ulduz” mükafatlarına layiq görülüb, illər ərzində bir sıra nüfuzlu beynəlxalq mükafatlar əldə edib.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) töhfə verən fəaliyyətlərin həyata keçirilməsi dayanıqlı inkişaf üçün güclü zəmin yaradıb. AZAL tarixi ənənəsinə sadiq qalaraq sərnişinlərə yüksək standartlara cavab verən xidmət təqdim etməyə davam edir”,- deyə S. Rzayev qeyd edib.
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












