Sosial media paylaşımlarında bunlara DİQQƏT!

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.
Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı medianı yalnız rəsmi xəbərlərə əsaslanan məlumatların yayımlanmasına və qeyri-rəsmi məlumatlardan çəkinməyə çağırıb. O, sosial media istifadəçilərinə də diqqətli olmağı, məsələnin həssaslığını nəzərə almağı bildirib.
Bəs, ölkədə sosial media istifadəçiləri nələrə diqqət yetirməlidirlər?
Avtosfer.az xəbər verir ki, bu barədə Hərbi-siyasi icmalçı Ramil Məmmədli bildirib ki, bu məsələdə vətəndaşların üzərinə böyük məsuliyyət düşür. Atılan hər yanlış addım düşmənə şans vermək deməkdir:
"Sosial medianın məhdudlaşdırılması Azərbaycanı beynəlxalq arenadan təcrid edə bilər. Məhdudlaşdırmaların tətbiqi kimi məsələlər birmənalı olaraq mümkün deyil. Burda əsas məsələ Azərbaycan vətəndaşlarının ayıq-sayıq olması, sosial mediada həqiqətə uyğun olmayan təxribat xarakterli fikirlərə reaksiyasıdır. Nəzərə almaq lazımdır ki, hər bir təxribat xarakterli fikri genişləndirmək və əhali arasında yaymaq düşmənə şans verməkdir. Vətəndaşlar arasında yaranmış narahatlıq orduya da sirayət edir. Cəbhə bölgəsindən görüntülərin sosial şəbəkədə yayılmasına yol verilməməlidir. Bununla bağlı ərazilərdə icra strukturları xalqla fərdi söhbət aparmalı və bu kimi tədbirlər genişləndirilməlidir".
Qeyd edək ki, azırda cəbhədə hərbi əməliyyatlar davam edir və Azərbaycan Ordusu düşmənə qarşı cavab tədbirləri həyata keçirir.
Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları - çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olub.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












