Sosial şəbəkədə milli mənəvi dəyərləri təhqir edən şəxs saxlanıldı - FOTO - VİDEO

Sosial şəbəkələrdə bir nəfərin İranda yaşayan “Məhəmməd” adlı şəxsin göstərişi ilə Bakı şəhərində narkokuryerliklə məşğul olduğunu və milli mənəvi dəyərlərimizin təhqirinin əks edildiyi video görüntülər yayılıb. Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir nəticəsində həmin şəxs əvvəllər məhkum olunmuş Şükür Mirzəyev Abşeron rayonu ərazisində saxlanılıb. Onun üzərinə baxış zamanı satış məqsədi ilə əldə etdiyi külli miqdarda heroin, marixuana və narkotiklərin onlayn satışı zamanı istifadə etdiyi 1 ədəd plastik bank kartı aşkar edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Şükür Mirzəyev barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxsin daxil olduğu narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY













