Sosial şəbəkələrdə saxta hesablardan edilən paylaşımlarla bağlı RƏSMİ AÇIQLAMA

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Medianın İnkişafı Agentliyi açıqlama yayıb.
Avtosfer.az açıqlamanı təqdim edir:
“Bir sıra sosial şəbəkə seqmentlərində saxta hesablardan edilən paylaşımlar vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından guya Azərbaycan xalqına ünvanlanmış videomüraciət yayılmışdır. Bildiririk ki, qeyd olunan videomüraciət “deepfake” texnologiyaları ilə hazırlanmış və heç bir reallığı əks etdirməyən saxta məlumatdır.
Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağıraraq xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidentinin rəsmi saytı və sosial media hesabları mötəbər informasiya mənbəyi olaraq daim aktivdir və dövlət başçısının fəaliyyətini operativ formada işıqlandırmaqdadır.
Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik.
“Deepfake” texnologiyalarından istifadə edilməsi yolu ilə müxtəlif şəxslərin adından saxta videoların hazırlanması və yayılması halı 44 günlük Vətən müharibəsi dövründə də müəyyən edilərək qarşısı alınmışdır və hazırda da bütün dünyada yeni təhdid növü kimi qiymətləndirilən “deepfake”lərə qarşı müvafiq qurumlar tərəfindən mübarizə və geniş maarifləndirmə işləri aparılmaqdadır.
Qeyd olunan saxta və yalan video müraciət və onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












