Sosioloq yerə tüpürənlərin cərimələnməsini istəyir

Xəbər verdiyimiz kimi, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği artırılır.
Bu barədə İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata qaldırılır. Eyni zamanda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 700 manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunur.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı "Referans.az"a danışan sosial məsələlər üzrə eskpert Əhməd Qəşəmoğlu bildirib ki, ekoloji mədəniyyət ölkənin olduqca mühüm göstəricilərindən biridir:
“Mən özümü tez – tez başqa ölkələrdə oluram, o ölkələrin küçələrinin təmizliyini görəndə ölkə haqqında dərhal təsəvvürüm yaranır. Uzun müddət qismət olub dünyanın hər tərəfini gəzmişəm.İslam ölklələrinin hamısında pintilik var. Hətta, bir dəfə bizim səfirliyimiz məni Pakistana dəvət elədi. Gedəcəyim ölkə haqda əvvəldən məlumat yığıram. Öyrəndim ki, Pakistanda təmizlik məsələlərinə o qədər diqqət yetirmirlər ki, qışın ortasında, fevral ayında orada malyariya xəstəliyi yayılır. Bundan sonra səfirlərdən xahiş edib səfərimi ləğv etdirdim. Adı dillərdə olan Qahirə kimi şəhərə getmişdim, elə bir şeylə rastlaşdım ki, şəhər gözümdən düşdü. Gəzdiyim ölkələr arasında yaxşısı Türkiyə idi. Orta məktəbdə təmizlik məsələlərinə diqqət yetirməlidirlər. Təmizkarlıq sağlamlıq üçün yaxşı amildir. Dəfələrlə şahidi olmuşuq ki, təmizlik olmayan yerlərdə təhlükəli xəstəliklər yaranır”.
Ekspert yerə tüpürənlərin 10 manat cərimə olunmağının tərəfdarı olduğunu bildirib. Müsahib həmçinin bildirib ki, qaydalara riayət etməyən vətəndaşların çox böyük cərimə edilməsi heç bir zaman effekt vermir. Bunun əvəzində isə həmin adamı müəyyənləşdirib, iş yerinə, ailəsinə demək olar. Əgər bir ailəyə bir neçə dəfə xəbərdarlıq edilib və nəticə yoxdursa, ailənin özü cərimələnməsi münasib ola bilər.
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS










