Söyüdlü sakinlərini provokasiyaya səsləyən, Rusiyada yaşayan Şöhrət Məmmədov adlı şəxsin səs yazısı - AUDİO

İyunun 20-21-də Gədəbəy rayonun Söyüdlü kəndindəki hadisələrlə bağlı sakinlərə provokativ çağırışlar edən daha bir şəxsin səs yazısı yayılıb.
Həmkəndlilərini polisə müqavimət göstərməyə səsləyən şəxs - bir il öncə vətəni tərk edərək Rusiya Federasiyasına gedən Gədəbəy rayonu, Söyüdlü kənd sakini olmuş Şöhrət Fərrux oğlu Məmmədovdur.
Hadisələri uzaqdan seyr edərək kənardan göstərişlər verən M.Şöhrət doğma kəndinin insanlarını hüquq-mühafizə orqanları ilə qarşı-qarşıya qoymaqdan çəkinmir.
Azərbaycanı, yaşadığı doğma kəndini sonuncu dəfə 08.08.2022-ci il tarixdə tərk edərək Rusiya Federasiyasına gedən hazırda Moskvada yaşayır. O, Afiq Allahverdiyev və digərləri kimi məlum “WhatsApp” qrupuna səs yazıları ataraq insanları ictimai asayişi pozmağa sövq edir.
Şöhrət Məmmədovun sözügedən “Whatsapp” qrupuna atdığı səs yazılarından birində deyilir ki, butulkalara benzin doldurub hüquq-mühafizə orqanlarının əməkdaşlarının üzərinə atmaqla onlara xəsarət yetirin:
“Orada 10 ədəd maşın var. Hərəsindən 1 litr benzin çıxarıb doldurun butulkalara atın. Onlar sizə gözyaşardıcı qaz atırlar. Çırpın o butulkaları kəllələrinə, alışıb yansınlar. Nə durub baxırsınız? Orada durub baxmağın mənası yoxdur. Kənd batıb? Kənd yasdadır, yoxsa nədir? Eviniz yıxılmasın, irəli çıxın. Bu gündən sonra irəli çıxmağın mənası olmayacaq. Gələcək körpələrin qarşısında alnınızı açıq saxlamaq üçün bu gün irəli çıxın”.
Şöhrət Məmmədovun sakinləri təxribata sürükləyən səs yazısını təqdim edirik:
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












