Spirt hansı halda ölümə səbəb olur? - Toksiokoloqdan AÇIQLAMA

"Spirtin bir neçə növü var. Daxilə qəbul olunan etil spirtidir. Bu spirtin həm kimyəvi düsturu ayrıdır, həm də su ilə qarışdıranda spirtli içki əmələ gəlir".
Avtosfer.az xəbər verir ki, unikal-a açıqlamasında Kliniki Tibbi Mərkəzin baş toksikoloqu Azər Maqsudov deyib. O bildirib ki, tərkibində texniki spirt adlanan, əsasən toksiki təsirə malik olan isə metil spirtidir:
"Bunun əmələ gəlmə prosesi çox ucuzdur. Ona görə satış qiyməti aşağıdır. Amma çox güclü toksiki təsirə malikdir. Bir sözlə zəhərdir. Metil spirti yüksək dərəcədə zəhərli maddədir və insan orqanizmi üçün ciddi təhlükə yaradır. Spirtdən zəhərlənmə hallarının böyük əksəriyyəti məhz metil spirti ilə bağlıdır. Bu maddənin qəbulu bir neçə saat ərzində ağır fəsadlara səbəb ola bilər. Zəhərlənmə simptomları arasında ürəkbulanma, baş gicəllənməsi, ikili görmə və yuxululuq müşahidə olunur. Daha ağır hallarda isə zərərçəkmiş koma vəziyyətinə düşə bilər. Statistikaya görə, metil spirti zəhərlənmələrinin 80-85%-i ölümlə nəticələnir.
Təhlükəli doza 30-200 ml arasında dəyişir və bu miqdarda metanol qəbul edildikdə həyati təhlükə yaranır. Bütün bu məsələlər ondan irəli gəlir. Apteklərdə satılan etil spirtində 95 faiz yazılır. Onu daxilə qəbul edəndə tək-tək fəsadlar verə bilər. Amma gigiyenik vasitə kimi texniki spirt təhlükəlidir və ölüm verə bilər. Texniki spirtin əsas tərkibi metil spirtidir. Bunun üzərində də qeyd edilir ki, daxilə qəbul etmək qadağandır".
Spirtin hazırlanmasına nəzarət olunmasına gəlincə, A.Maqsudov qeyd edib ki, ümumiyyətlə, onun hazırlanması prosesinə və satışına nəzarət olunmalıdır.
Qeyd edək ki, son günlər 20-yə yaxın şəxs spirtdən zəhərlənərək ölüb.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











