Sumqayıtda qanunsuz avtovağzallar yığışdırıldı - AYNA və DYP REYD KEÇİRDİ - FOTO - VİDEO
Gündəm
14 İyun 2023 18:03

Əhaliyə göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılması, qeyri-qanuni sərnişin daşımalarının qarşısının alınması məqsədilə Sumqayıt şəhərində reydlər keçirilib. Avtosfer.az xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin və AYNA-nın əməkdaşlarının birgə keçirdiyi reyd Sülh prospekti, Bakı küçəsi və şəhər avtovağzalı ətrafından Sumqayıt-Bakı istiqaməti üzrə qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat vasitələrinə qarşı aparılıb.
Qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərən avtonəqliyyat vasitələri sözügedən ərazilərdən çıxarılıb, Sumqayıt-Bakı istiqaməti üzrə sərnişindaşımanın Sumqayıt avtovağzalından fəaliyyət göstərməsi təmin olunub.
Reydlərin başlandığı 19 may tarixindən bu günədək gündəlik 2500 nəfərə yaxın sərnişinin Bakı şəhəri istiqamətində daşınması təmin edilib.
Qeyd edək ki, Sumqayıt şəhərindən paytaxt istiqamətinə hərəkət edən qeyri-müntəzəm avtobuslar Bakı şəhərinin girişində ciddi tıxaclara səbəb olur.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) ərazisində Nəqliyyat Mübadilə Mərkəzi fəaliyyət göstərir. Həmin mərkəzdən Bakının müxtəlif istiqamətlərinə avtobus marşrutları hərəkət edir. Nəticədə vətəndaşlar rahat və təhlükəsiz şəkildə sərnişindaşıma xidmətindən yararlana bilirlər. BBAK-ın qarşısındakı “Avtovağzal” metro stansiyası da sərnişinlərin ixtiyarındadır.
AYNA bir daha sərnişinlərdən xahiş edir ki, Bakının yol hərəkətinin təşkili, ictimai nəqliyyatın tənzimlənməsi və yolların buraxılış imkanlarının artırılmasına hesablanan bütün addımları nəzərə alaraq “20 Yanvar” metro stansiyasına deyil, “Avtovağzal” metro stansiyası və Avtovağzal Nəqliyyat Mübadilə Mərkəzinə üstünlük versinlər.
Emin
Oxunub : 2060
DİGƏR XƏBƏRLƏR
15 Oktyabr 2026 15:18
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
15 Oktyabr 2026 14:18
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
15 Oktyabr 2026 11:30
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
15 Oktyabr 2026 11:00
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
15 Oktyabr 2026 10:53
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
15 Oktyabr 2026 10:36
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
15 Oktyabr 2026 09:36
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
15 Oktyabr 2026 08:43
Bu yollarda tıxac var - SİYAHI
14 Oktyabr 2026 22:47
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
14 Oktyabr 2026 22:08
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
14 Oktyabr 2026 21:52
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
14 Oktyabr 2026 21:21
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
ŞƏRH YAZ


















