Sumqayıtda sərt karantin rejiminin ikinci günü - FOTO/VİDEO

Bu gün Sumqayıtda sərt karantin rejiminin ikinci gündür.
Avtosfer.az xəbər verir ki, şəhərin Heydər Əliyev prospekti, Sülh prospekti, Səməd Vurğun küçəsi, 20 Yanvar küçəsi, Nəriman Nərimanov, Azərbaycan prospekti, eləcə də digər küçələrində hüquq-mühafizə orqanlarının əməkdaşları xidmət aparır.
Mərkəzi küçə və prospektlərdə xidmət aparan Daxili İşlər Nazirliyinin (DİN) Sumqayıt Şəhər Polis İdarəsinin tabeliyində olan əməkdaşları və DİN-in Daxili Qoşunlarının hərbçiləri xüsusi icazəsi olmadan küçəyə çıxan vətəndaşlarla profilaktik söhbət apararaq onları karantin qaydalarına riayət etməyə dəvət edir. Küçəyə yalnız xüsusi icazəsi olan məhdud sayda şəxsin çıxmasına icazə verilib.
Eyni zamanda, operativ qərargahın təsdiq etdiyi qaydalara görə, vətəndaşlar yaşayış yerinin yaxınlığında itlərini gəzdirə bilər. Lakin bu məqamdan sui-istifadə hallarına yol vermək olmaz. Belə ki, növbəti dəfə tətbiq edilən sərt karantin rejiminin ikinci günündə paytaxtın mərkəzi küçə və prospektlərində karantin postları qurulub.
Xatırladaq ki, Nazirlər Kabineti yanında operativ qərargahın elan etdiyi qaydalara görə, respublika ərazisində ikinci dəfə sərt karantin rejimi tətbiq edilir. Belə ki, iyunun 14-ü saat 00:00-dan etibarən iyunun 16-ı saat 06-00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərt karantin rejimi çərçivəsində vətəndaşların küçəyə çıxması qadağan olunub.
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












