Supermarketlə bağlı fırıldaqçılıq iddiası: Qanun qadağan etmir, biznes subyekti də sui-istifadə edir? - FOTO

İri supermarketlərdən birinin fırıldaqçılıqla məşğul olması ilə bağlı sosial şəbəkələrdə idiallar irəli sürülüb.
Avtosfer.az xəbər verir ki, ölkənin iri supermarket şəbəkələrindən biri, daha dəqiq desək “Bazarstore” şəbəkəsindən alış-veriş edən müştəri daimi aldığı məhsulun qiymətindəki fərqi görüb və fotosunu çəkərək yayıb.
Belə ki, müştəri iddia edib ki, bütün marketlərdə bir neçə gün əvvələ qədər 1.99-2.00 manat olaraq qiymətləndirilən məhsul artıq hər yerdə 2 manat 20 qəpiyə qaldırılıb. Üstəlik “Bazarstore” şəbəkəsində əvvəlki 2 manatlıq qiyməti 21 qəpik endirərək 1 manat 79 qəpiyə təklif etdikləri halda, nə vaxtsa artıracaqları qiyməti yəni 2 manat 20 qəpiyi endirim lövhələrində qeyd ediblər.

Məsələ ilə əlaqədar “Bazarstore” mağazalar şəbəkəsinin marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mahir Həsənov saytımıza açıqlamasında bildirdi ki, müştərilərin şikayəti əsassızdır və şəbəkə heç bir qanun pozuntusuna yol verməyib:

“Məhsulun qiyməti ilə bağlı mağazanın üzərinə düşən yalnız əldə etdiyi malın üzərinə qanunla icazə verilən miqdarda faiz əlavə edərək satışını təmin etməkdir. Bir neçə gün əvvəl qeyd edilən meyvə şirələrinin qiyməti istehsalçı şirkət tərəfindən artırıldığı üçün məhsulun ümumi dəyərində yüksəlmə ölkə üzrədir. Lakin “Bazarstore” yenə də müştərilərə endirim təklifi edir”
Mövzu ilə əlaqədar Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov redaksiyamıza müsahibəsində deyib ki, biznes subyektlərinin bu cür əməlləri istehlakçıları tələyə salmaq üçün istifadə etdikləri minlərlə üsullardan biridir:

“Bu cür obyektlərin həmin üsulla endirim, yaxud hansısa kampaniyalar təşkil etməsini qanun qadağan etmir. Ölkədə “İstehlakçıların müdafiəsi haqqında” qanun 1995-ci ildə qəbul edilib, həmin avxtdan indiyədək dəyişiklik edilməyib. İllər keçəsə də, həyat tərzi dəyişsə də, bu qanun dəyişməyib və istehlakçı hüquqlarını qoruyan dövlət orqanı da demək olar ki, aktiv fəaliyyət göstərməyib. Belə vəziyyətdə qanunvericiliyin şərait yaratdığı bütün imkanlardan biznes subyektləri istifadə edir və istehlakçıları bu üsulla tələyə salır”.
Eyyub Hüseynov sonda vurğulayıb ki, təəssüf ki, bu cür əməllər qanunvericiliklə tənzimlənmir və biznes qurumları da bu haldan sui-istifadə edir.
Səfər
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












