Sürət həddini aşan sürücülərlə bağlı hansı tədbirlər görülməlidir? - EKSPERTDƏN AÇIQLAMA

Son günlər yüksək sürətin səbəb olduğu avtoqəzalarda baş verən ölüm hallarının şahidi oluruq. Demək olar ki, hər gün yol-nəqliyyatı hadisəsi xəbəri alırıq. Bəs, sürət həddini aşan sürücülərlə bağlı hansı tədbirlər görülməlidir ki, bu cür hadisələr baş verməsin?
Məsələ ilə bağlı avtoekspert Elməddin Muradlı fikirlərini Busaat.az-la bölüşüb.
E.Muradlının fikrincə, avtoqəzaların baş verməsində yüksək sürətin olmasının böyük payı var. Bunun qarşısının alınması üçün də müəyyən mexanizmlər mövcuddur ki, bunlardan ən birincisi sürət həddini ölçən radar qurğuları və sürücülər barəsində inzibati tənbeh tədbirləridir. Ancaq görünür ki, bu, yetərli deyil. Çünki bir çox sürücülər radarların yerini bildiyi üçün radara çatanda sürəti azaldır və radarı keçdikdən sonra yenidən sürət həddini aşırlar.
“Mən dəfələrlə təklif etmişəm ki, bu sürət rejiminə nəzarət məsələsini bir az sərtləşdirmək lazımdır. Məsələn, stasioner radarlar mobil radarlarla əvəz olunmalıdır. Tez-tez yeri dəyişdirilsə, sürücülər də özlərində məsuliyyət hiss edərlər. Dünyanın bir çox ölkələrində artıq bu variantlar tətbiq olunur. Əsasən də sürət həddini aşan sürücülərə qarşı mübarizədə bu mexanizmlərdən istifadə edirlər. Əvvəlcədən xəbərdarlıq işarəsi qoyulmur, radarlara da yanaşma fərqli olur. Yəni sürücülər artıq başa düşürlər ki, yol-hərəkəti qaydalarını pozsalar, onlar cərimələnəcəklər. Bundan əlavə, onların sürücülük hüququnun məhdudlaşdırılması halı da baş verə bilər”,- avtoekspert söyləyib.
E.Muradlı bildirib ki, yol-hərəkəti qaydalarını pozan sürücülər psixoloji testdən keçmək üçün psixoloqa yönlədirilməlidir və onların qarşısına daha sərt şərtlər qoyulmalıdır. Belə olduğu halda, sürücü də başa düşür ki, sürətə görə tutulsalar, onları çox ağır cəzalar, cərimələr gözləyir.
“Bu baxmdan düşünürəm ki, biz müasir dövrdə ən yeni nəzarət mexanizmlərindən istifadə etməliyik ki, sürət həddinin aşılması və digər yol-hərəkət qaydalarının pozulması çox baş verməsin və qəzalar olmasın”,- avtoekspert əlavə edib.
İlham Əliyev Livan Prezidenti Jozef Aunu təbrik edib
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR












