Sürət qatarının gecikməsinin səbəbi AÇIQLANDI - YENİLƏNİB - VİDEO

Bu gün Sumqayıtdan saat 08:10-da çıxan 6010 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarının havalandırma sistemində texniki problem yaranıb.
Bu barədə Avtosfer.az-ın sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Bildirilib ki, bu səbəbdən qatarda kondisioner işləməyib:
“Hazırda nasazlığın aradan qaldırılması istiqamətində işlər görülür”.
Qeyd edək ki, sərnişin sıxlığı səbəbindən stansiyalarda minib-düşmə zamanı yubanmalar olduğundan qatar Bakı Dəmiryol Vağzalına beş dəqiqə gecikmə ilə çatıb.
09:50
Azərbaycan Dəmir Yollarında reyslər gecikib.
Avtosfer.az xəbər verir ki, səhər saat 08:37-də Biləcəri stansiyasından çıxmalı olan Sumqayıt-Xırdalan-Bakı qatarı gecikib.
Bununla yanaşı, qatarlarda sıxlıq olmasına baxmayaraq, havalandırma sistemi işləmir. Bu da sərnişinlərin narazılığına səbəb olub. Havalandırmanın işləməməsi səbəbindən bəzi sərnişinlərin səhhətində problem yaranıb.
Həmin görüntüləri təqdim edirik:
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












