Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının səbəbləri - VİDEO

Taksi xidmətlərindən istifadə edənlər tez-tez eyni problemlə üzləşdiklərini bildirirlər.
Mobil tətbiq vasitəsilə göndərilən ünvan ya dəqiq olmur, ya da sistem istifadəçini tamamilə fərqli nöqtəyə yönləndirir.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı “Baku TV” paytaxt sakinlərinin fikirlərini öyrənib.
"Konum" söhbəti təzə çıxıb. Əvvəllər hara lazım idisə, oraya aparırdıq", - sakinlərdən biri bildirib.
"Burada taksini sifariş edirsən, aparır başqa məhəlləyə", - digər sakin deyib.
Mütəxəssislər bildirirlər ki, bunun bir neçə səbəbi var. Onlardan biri xəritə bazalarının tam yenilənməməsidir.
İKT mütəxəssisi Asim Namazovun sözlərinə görə, eyni ünvan müxtəlif formatlarda - qısaldılmış şəkildə, fərqli dillərdə və ya müxtəlif yazılış formalarında daxil edilir.
"Bu fərqlər insanlar tərəfindən aydın başa düşülür. Lakin sistemlər bəzən bu müxtəlif adları və yazılış formatlarını eyni obyekt kimi tanımır.
Üstəlik, bu gün istifadə etdiyimiz müxtəlif xəritələnmə platformaları məlumatları təkcə rəsmi qurumlardan deyil, həm də istifadəçilərdən toplayır. Bu isə məlumatların daha tez yenilənməsinə imkan yaradır. Amma eyni zamanda səhv və ya natamam məlumatların daxil edilməsi riskini də artırır. Texniki amillər də bu prosesə ciddi təsir edir. Xüsusilə hündür binaların sıx olduğu ərazilərdə GPS siqnalı zəifləyə bilər və istifadəçinin real mövqeyi xəritədə bir qədər fərqli göstərilə bilər", - deyə mütəxəssis qeyd edib.
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA
Bu yollarda tıxac var - SİYAHI
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO












