Sürücülər icazəli vaxtlarda niyə avtobus zolağından istifadə etmirlər? - AÇIQLAMA

Bakıda bir çox sürücü tıxaclarda saatlarla qaldığı halda belə avtobuslar üçün ayrılan zolaqlardan istifadə etmirlər. Halbuki paytaxtın müxtəlif ərazilərində müəyyən vaxtlarda avtobus zolaqlarına daxil olmağa icazə var və bu, nişan lövhələrində qeyd olunub. Belə ki, bəzi yollarda minik avtomobillərinin avtobus zolağına girişi saat 07:00 – 10:00-da və 17:00 – 20:00-da qadağandır, lakin digər vaxtlarda həmin zolaqlardan hər kəs yararlana bilər. Amma müşahidələrimizə görə əksər sürücülər heç icazəli vaxtlarda da avtobus zolağından istifadə etmirlər. Məsələn, paytaxtın Nərimanov rayonu ərazisindəki Əhməd Rəcəbli küçəsində avtobus zolağına giriş 17:00 – 20:00 arasında qadağan olmasına baxmayaraq, burada digər vaxtlarda da minik maşını görmək mümkün deyil.
Bəs buna səbəb nədir?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə əlaqədar nəqliyyat eksperti İlqar Hüseynli Redaktor.az-a açıqlamasında bildirdi ki, sürücülərdə artıq belə bir psixoloji yanaşma var ki, harada kamera quraşdırılıbsa, avtomobili çəkəcək və hansı vaxtlarda hərəkətdə olduğunu sübut etmək çətin olacaq:

"Əslində isə həmin məhdudiyyət aradan qaldırılan vaxt ərzində avtomatik olaraq kameraların yaddaşı dayandırılır. Limitli vaxt başa çatdıqdan sonra kameraların fəaliyyəti işə düşür və yenidən bütün qanunsuzluqlar yaddaşa yazılır. Bunların hamısı tənzimlənib və bunu sübut etmək də mümkündür. Ona görə də sürücülərimiz həmin müddətdə avtobus yollarına girə bilərlər və burada hər hansısa cərimənin tətbiq olunmasından söhbət gedə bilməz".
Qeyd edək ki, qaydalara görə, avtobus zolağına təyinatı üzrə daxil olmayan nəqliyyat vasitələri İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 100 manat məbləğində cərimələnirlər. Yalnız məlumat lövhəsi olmayan yerlərdə, ümumiyyətlə, avtobus zolaqlarına daxil olmaq olmaz.
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO
Bakıda piyadalar üçün çıxılmaz vəziyyət: Zolaq yarıda kəsilir - VİDEO










