Şuşa və Ağdamda məktəblərin tikintisi üçün işlərə başlanılıb - RƏSMİ

“Hazırda azad edilən ərazilərdə çalışacaq təhsil işləri üçün hər hansı güzəştlərin edilməsi ilə bağlı heç bir müzakirə yoxdur”.
Avtosfer.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, həmin ərazilərdə hələ minatəmizləmə işləri aparılır:
“Şuşa və Ağdamda məktəblərin tikintisi üçün işlərə başlanılıb. Orada çalışacaq müəllimlərin gedişi də planlaşdırılır. Çünki bir neçə məqama diqqət yetirmək lazımdır. Sakinlər həmin ərazilərə qayıtdıqda məktəblərin həcmi və şagird sayı dəyişə bilər. Bu çox ciddi planlaşdırma tələb edən işdir. Hazırda güzəşt paketi ilə bağlı müzakirə mərhələsinə çatmamışıq”.
Nazir qeyd edib ki, işğaldan azad olunan ərazilərdə nə qədər müəllimin çalışması məsələsi də dəqiqləşməyib.
Bəlkə kəmərə də bal tətbiq edilsin?
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ












