Şuşaya tur təşkil edib kredit vermək adı ilə insanları aldatdı - VİDEO

Sosial şəbəkələrdə kredit verəcəyi və Şuşa şəhərinə tur təşkil edəcəyini vəd edərək insanları aldadan şəxs saxlanılıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, Nazirliyə naməlum şəxsin “instagram” sosial şəbəkəsində vətəndaşlara müxtəlif şirnikləndirici vədlər verərək dələduzluq yolu ilə onları aldatdığı barədə çoxsaylı şikayətlər daxil olub.
Həmin məlumatlar əsasında polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən qanunazidd əməlləri törədən əvvəllər məhkum olunmuş Yevlax rayon sakini Rüfət Mustafayev saxlanılıb.
Ətrafında keçirilən tədbirlərlə müəyyən edilib ki, Rüfət Mustafayev son bir neçə ay ərazində “instagram” sosial şəbəkəsində “kredit evi”, “faize.pull2022” və digər adlarda səhifələr yaradaraq kredit verəcəyi, eləcə də Şuşa şəhərinə tur təşkil edəcəyini vəd edərək 120 fakt üzrə vətəndaşlara qarşı dələduzluq edib. Bu və digər üsullarla o, zərərçəkənlərin 30 min manata yaxın pulunu ələ keçirib.
Araşdırma zamanı Rüfət Mustafayevin bəzi faktlar üzrə zərərçəkənlərin bank kartlarında olan məlumatları ələ keçirməklə hesablarda olan pul vəsaitlərini oğurladığı da müəyyən edilib.
Aşkar edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.
Məlumatda qeyd edilib ki, Rüfət Mustafayevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
"Sonda bir daha vətəndaşlar sosial şəbəkələrdə şəxsi məlumatlarını paylaşan zaman maksimum dərəcədə diqqətli olmağa, əmin olmadıqları səhifələrə əvvəlcədən ödəniş etməməyə çağırırıq", - məlumatda vurğulanıb.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY













