“Taksi dayanacaqları şəhər üçün çox vacibdir”

24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi nəqliyyat üzrə ekspert Elməddin Muradlıdır. Ekspert şəhərdəkitaksi parkları və onlarınvəziyyətindən danışıb.
- Azərbaycanda taksi parkları varmı, və vəziyyəti necədir?
- Taksilər üçün parklanma yeri Azərbaycanda problemli məsələdir. Biz bu mövzu ətrafında dəfələrlə müzakirələr aparmışıq və təkliflər vermişik.
Bu gün taksi sürücüləri barəsində hədsiz tələblər var. Onların üzərinə belə tələblər qoyuruqsa, sözsüz ki, onların rahat işləməsi üçün şərait də yaratmalıyıq. Bu şərait ondan ibarətdir ki, onların parklanma yerləri üçün şərait yaratmaqdır. Bu parklarlar hələ ki, çox deyil. Mən düşünürəm ki, bu barədə olan danışıqlarımız müsbətə doğru getməyib və müzakirə etdiyimiz mövzular dəyişməyib.
İndi Bakının əvvəllər bir çox yerlərində mövcud olmuş taksi dayanacaqları sökülüb. Hazırda onların yerində ticarət obyektləri, çayxanalar, köşklər, apteklər və s. obyektlər tikilib və fəaliyyət göstərir. Çox təəssüf ki, dayanacaqların mövcud vəziyyəti belədir. Bu həqiqətən də önəmlidir. Çünki taksi dayanacaqları şəhər üçün çox vacibdir. Düzdür, hər küçədə, hər nöqtədə taksilər üçün dayanacaqlar yaratmaq çətindir. Lakin mən bunu aidiyyatı qurumlara təklif kimi bildirmişəm ki, heç olmasa taksi parkları, avtobus dayanacaqlarının yaxınlığında mütləq olsun. Deyək ki, vətəndaş avtobus dayanacağına yaxınlaşır. Bu dayanacaqda avtobus gözləyərkən onun üçün nəqliyyət seçimi imkanları yaranır. Yəni vətəndaş istəsə, səyahətinin avtobusla ya da taksi vasitəsilə edə bilər.
Bu şəraitdə biz taksi sürücüləri üçün şərait yaratmış oluruq. Bilirsiniz mi, bu günlər də taksi sürücüləri üçün nə qədər tələblər var? Biz onlardan fərqlənmə nişanını, avtomobilini təmiz saxlamağını, sərnişin ilə mədəni rəftar etməyi, vaxtı- vaxtında işdə olması, münasib qiymətə sərnişin daşımalı və s kimi tələblər edirik. Onlar üçün qoyulan tələblər ağırdır.
Bəs görəsən, onlar üçün biz nə elədik? Onlardan sosial ödənişdən belə tələb elədik. Onların üzərində olan tələbləri təsəvvür etmək çətindir. Faktiki olaraq, hələ də taksi sürücüləri əziyyət çəkirlər. Ona görə də, müştərinin haradasa mindirəndə ya da düşürdəndə cərimə olunurlar və s. bunun kimi belə çətinliklər var. Çünki qanunda qeyd edilib ki, taksilər qanunla müəyyən olunmuş nöqtələrdə müştərini mindirməlidir və ya düşürməlidir. Lakin taksi sürücüləri bu yerləri bilmirlər. Çünki belə yerlər faktiki olaraq, yoxdur.
Bildiyiniz kimi, həmin park yerləri satılıb, icarəyə verilib həmin parkların yerində ticarət obyektlər və başqa şeylər tikilib. O zaman bəs, müştərilər taksiləri harda gözləməli və yaxud taksi sürücüləri müştərilərini hardan götürməlidir? Kimi suallar yaranır və belə sualların, təəssüf ki, cavabı yoxdur.
Aeroportla Bakının əsas məntəqələri arasında servis avtobusları işləyəcək - SABAHDAN
Radikallar seçilsələr, lazımi addımlar atılacaq - İlham Əliyevdən sərt xəbərdarlıq
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Bakı-Masallı yolunda kilometrlərlə uzanan TIXAC YARANDI - VİDEO
Bu gün Azərbaycan ərazisində hər qarış torpaq xalqımıza məxsusdur - Prezident - VİDEO
DİN əməkdaşları Heydər Əliyevin xatirəsini yad etdilər - FOTO - VİDEO
SOMDA-da Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub - FOTOLAR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Mehriban Əliyeva Zəngilanda çay kənarından paylaşım etdi - FOTOLAR
Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO
Prezidentin sosial şəbəkə hesablarında Cəbrayıla səfərlə bağlı paylaşım edilib - VİDEO










