Taksi görüntüsü yaradaraq narkotik satan “Prius” sürücüsü saxlanıldı - VİDEO

Taksi görüntüsü yaradaraq narkotiklərin satışı ilə məşğul olan “Prius” sürücüsü saxlanılıb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı Binə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum edilmiş Kamran İsmayılov saxlanılıb.
Onun üzərinə və idarə etdiyi “Toyota Prius” markalı avtomobilə baxış zamanı 2 kiloqrama yaxın marixuana aşkar edilib.
Araşdırma zamanı müəyyən edilib ki, K.İsmayılov tanışı şəxsiyyəti istintaqla araşdırılan “Mahal” adlı İran vətəndaşının göstərişi ilə onun qanunsuz yollarla ölkəyə göndərdiyi narkotiklərin paytaxtın müxtəlif ərazilərində paylanması ilə məşğul olub. O, taksi sürücüsü görüntüsü yaradaraq Bakı şəhərində narkotiklərin dövriyyəsini təşkil edib.
Qeyd edək ki, 3-cü Polis Şöbəsinin əməkdaşlarının son günlərdə həyata keçiridikləri əməliyyatlar zamanı Binə və ətraf ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 29 nəfər tutularaq istintaqa təqdim edilib. Saxlanılanlardan bir neçəsinin Binə qəsəbəsində yük maşınlarından akkumulyator oğurladıqları da müəyyən edilib.
Aşkar edilən faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY













