Taksi sürücüləri "qiymətlər aşağıdır" , vətəndaşlar isə "yuxarıdır" deyirlər - Bəs AYNA?

Azərbaycanda taksi qiymətləri ilə bağlı bir neçə dəfə artım müşahidə edilsə də, taksilərlə bağlı hüquqi bazaya yenidən əl gəzdirilsə də, sosial şəbəkə platformalarında bəzi şəxslər qiymətlərin ucuz olduğunu əsas gətirərək, taksi şirkətlərini boykot etməyə çağırırlar. Etiraz edən şəxslər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) taksilərin fəaliyyəti ilə bağlı etdikləri dəyişikliklərin faydasız olduğunu dilə gətirirlər.
Vətəndaşlar qiymətlərin yüksək olduğunu bildirsələr də, bəzi sürücülər hələ də taksi ilə gediş haqlarının qənaətbəxş olmadığını qeyd edirlər. Yayılan məlumatlara görə, artıq fəaliyyətini dayandıran şirkətlər çoxalır.
Bəs bu iddiaların reallıq payı varmı?
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov qeyd edib ki, bu cür iddialar tamamilə əsassızdır və həqiqəti əks etdirmir:
"Taksi sahəsində aparılan islahatlar bazarda rəqabət mühiti yaradıb və keyfiyyət dəyişikliyinə təkan verib. Qanunvericilik bazasının təkmilləşdirilməsi və aparılan islahatlar nəticəsində müsbət dəyişikliklər müşahidə edilir. Taksi xidməti sahəsi tənzimlənir, peşəkar əmək bazarı formalaşır və xidmət keyfiyyəti artır.
Taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyənlər müvafiq icazələr əldə edərək fəaliyyətlərini davam etdirirlər. Bu günədək 23 000-dən çox nəqliyyat vasitəsinə elektron qaydada buraxılış kartı verilib. AYNA-ya hazırda da aktiv şəkildə müraciətlər olunur və buraxılış kartı alanların sayında artım müşahidə edilir".
T.Orucov əlavə edib ki, buraxılış kartı alan taksilərin 40 faizə yaxını 2020-2024-cü illər arasında istehsal olunan nəqliyyat vasitələridir:
"Hazırda taksi sürücülərin təlimləri də intensiv şəkildə davam etdirilir. Bu günə kimi 36 000-dən çox sürücü təlimlərə cəlb olunub.
Qeyd edək ki, taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında müəyyən olunur. Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır".
(oxu.az)
Skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək" - FOTO
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? - FOTO
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR










