Taksilərdə yeni tələblər - Dəyişikliklər var

Taksilərdə müştərilərin nəğdsiz ödəniş edə bilməsi üçün postterminal,videomüşahidə kamerası və tütün məlumatlarından istifadə edilməsinin qadağan olunması ilə bağlı məlumatların quraşdırılması və müəyyən edilən tələblər var. Məqsəd sərnişinlərə xidmət keyfiyyətinin yüksəldilməsidir.
Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, taksi sahəsində aparılan müəyyən islahatlardan sonra dəyişikliklər öz sözünü deyir. Xüsusilə taksi parkının yenilənməsi, mühitin mühafizəsinə töhfə verən elektrik və hibrid tipli nəqliyyat vasitələrinin xidmətə cəlb edilməsi təmin olunub.
Məsələ ilə bağlı AYNA-dan bildirildi ki, bu dövr ərzində əsas məqsədlərdən biri taksi parkının yenilənməsi idi ki, burda müsbət nəticələr əldə olunub:
"32%-ə qədər buraxılış ili bir ilə qədər olan nəqliyyat vasitələrinə icazələr verilib. Həmçinin, rəng məsələlərində müəyyən nəticələr əldə olunub. Eyni zamanda sərnişin daşıma xidmətinə nəzarətin gücləndirilməsi xidmət keyfiyyətinin artırılması məqsədi ilə e-taksi alt sistemi istifadəyə verilib. Növbəti mərhələdə isə mövcud normativ hüququ aktların tələblərinə uyğun olaraq taksi minik avtomobillərinin daxili tərtibatının qaydalara uyğunlaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. Bu çərçivədə hər bir taksi nəqliyyat vasitəsində ödənişlərin rəqəmsal şəkildə aparılmasını təmin edən postterminal, sürücü və daşıyıcı şirkət barəsində məlumatlar, sürücünün fotoşəkli, videomüşahidə kamerası və tütün məlumatlarından istifadə qadağan olunması ilə bağlı məlumatların quraşdırılması nəzərdə tutulur".
Qeyd edək ki, hazırda bu istiqamətdə işlər davam etdirilir.
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












