Taksilərin qiymətləri bazarın tələb və təklifinə görə TƏNZİMLƏNƏCƏK - Nazir

“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi taksi ilə bağlı ictimai narazılığı aradan qaldırmağa çalışır”.
Bu sözləri Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Milli Məclisdə müvafiq qanunvericiliyə təklif olunan dəyişikliklərlə bağlı çıxışı zamanı deyib.
Nazir bildirib ki, məqsədimiz taksi xidmətinin səviyyəsini yüksəltməkdir: sərnişinlərə saz avtomobildə, hazırlıqlı sürücülərlə xidmət göstərilməsinə çalışırıq”.
Bununla yanaşı biz taksi sürücülərinin əmək qanunvericiliyinə uyğun işləyib-yaşamasını təmin etməyə, əmək hüquqlarının təmin olunmasına səy göstəririk, - Rəşad Nəbiyev vurğulayıb.
Qeyd edək ki, bazarda mövcud olacaq taksilərin qiymətləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən deyil, bazarın tələb və təklifinə görə tənzimlənəcək. Eyni zamanda müvafiq qanunvericiliyə təklif olunan dəyişikliklər paketində taksilərin qiymətlərinə dair müddəalar əksini tapmayıb. (lent.az)
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












