Taksilərin sayına limit qoyulması qiymətlərə təsir edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu gün Nazirlər Kabineti "Taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında" qərar verib. Qərara əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi 25.000 müəyyən edilib.
Qeyd olunub ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin say həddinə dair təkliflərini hər təqvim ili avqustun 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir. Bu Qərar 2025-ci il noyabrın 1-dən qüvvəyə minir və icazələrin əlavələrinin yeni say həddinin müəyyən olunduğu tarixədək qüvvədədir.
Bəs görəsən, sözügedən qərar hazırda taksi fəaliyyəti ilə məşğul olan şəxslərin işinə necə təsir göstərəcək?
Mövzu ilə bağlı açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, 25 minlik kvota sırf taksidə istismar olunan nəqliyyat vasitələrinə şamil olunur:
“Bu məsələ sırf Bakı şəhərini əhatə edir. Digər şəhərlərə aid deyil. Ola bilər ki, bu kvotanın tətbiq edilməsi həm də Bakı şəhərindəki avtomobil sıxlığının aradan qaldırılmasına hesablanıb. Həmçinin vurğulamaq lazımdır ki, 25 minlik limitin taksi sürücülərinin sayına aidiyyatı yoxdur. Yəni, taksi sürücülərinə hər hansı kvota qoyulmur ki, Bakıda filan qədər sürücü ola bilər. Bu, sırf nəqliyyat vasitələrinin sayına aid olan məsələdir”, - deyə o əlavə edib.
E.Cəfərov diqqətə çatdırıb ki, hazırda Bakı şəhərində təxminən 30 min taksi fəaliyyət göstərir:
“Noyabr ayının 1-dən – yəni sözügedən qərar qüvvəyə mindikdən sonra, taksilərin sayında hər hansı ciddi azalma baş verməyəcək. İxtisarlar olmayacaq. Sadəcə bu, 2026-cı il üçün hazırlanan nəqliyyat kvotasıdır.
Paytaxtda taksi qıtlığı da yaşanmayacaq. Bu səbəbdən, qiymətlərdə hər hansı dəyişikliyin baş verməyəcəyini ehtimal edirəm. Bugünkü dəyişkən tariflər olduğu kimi qalacaq".(unikal)
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












