Taksilərlə bağlı YENİ QANUN – Hərc-mərcliyə SON QOYULACAQMI?

Avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin son bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən aşağıdakı pozuntulara görə də cərimələr müəyyənləşir:
Layihəyə əsasən, qeyri-müntəzəm sərnişin daşınmasının (taksi avtomobilləri ilə sərnişin daşınması istisna olmaqla) formulyar doldurulmadan həyata keçirilməsi ilə bağlı inzibati xətanın törədilməsinə görə məsuliyyət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən formulyarın forması müəyyən edildikdən sonra yaranacaq
Həmçinin layihəyə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulmasına görə olan cərimə dəyişib. Belə ki, artıq, bir sıra hallarda taksi sürücüləri əlli manatadək məbləğdə cərimə ediləcək:
- “Taksi” tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan, habelə nasaz və ya plombu pozulmuş taksometrlə taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsinə;
- müəyyən edilmiş tarifdən daha yüksək gediş haqqının tətbiq edilməsinə;
- müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün çəkilməsinə;
- müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda aparılmasına yol verilməyən əşyaların daşınmasına;
- müntəzəm şəhərdaxili marşrutlarda daşıma prosesi ilə bilavasitə əlaqəsi olmadıqda audio cihazlardan istifadə edilməsinə;
- taksi minik avtomobilində, müntəzəm və ya qeyri-müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda sərnişinlərin, baqaj yerlərinin sayına və baqajın kütləsinə dair müəyyən olunmuş tələblərə riayət olunmamasına;
- taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durmasına;
- qeyri-müntəzəm sərnişin daşımalarının müntəzəm avtobus marşrutları üçün müəyyən edilmiş hərəkət cədvəlləri ilə yerinə yetirilməsinə;
-qeyri-müntəzəm sərnişin daşımaları yerinə yetirilərkən, müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaqlarda sərnişinlərin mindirilməsinə və düşürülməsinə.
Sözügedən qanun layihəsi qəbul ediləcəyi təqdirdə 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.
Görünən odur ki, yeni qanun layihəsində nəqliyyat vasitəsilə sərnişin daşınması qaydalarının pozulması, qanunsuz fəaliyyətə görə ağırlaşdırılmış cərimələrin tətbiqi nəzərdə tutulur.
Bəs, yeni qanun bu sahədəki hərc-mərcliyə son qoya biləcəkmi?
Bizim.Media-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirir ki, cərimələrin tətbiqi və artırılması ilə sözügedən sahədə qayda-qanun yaratmaq mümkün olmayacaq:
“Sərnişin, yük daşınma qaydalarının pozulmasına görə cərimələr indi də var. Özü də kifayət qədər təsirli cərimələrdir. Düzdür, fərqlənmə nişanı olmadan taksi və sərnişin daşınmaya görə, cərimə məsələsində bir qədər problemlər mövcuddur.
Maliyyə sanksiyasını vergi orqanları tətbiq edə bilər ki, bu da səmərəli deyil. Belə vəziyyətdə cərimələrin artırılması və yenilərinin tətbiqi avtomatik olaraq problemin həll olunması demək deyil.
Problemin köklü həllinə nail olmaq üçün əsas məsələ cərimələrin və qanunların səmərəli tətbiqi, hüquq pozuntularının mövcud olmasını şərtləndirən şəraitin aradan qaldırılmasıdır. Bu şərait aradan qaldırılsa və prosesə səmərəli nəzarət olsa, hərc-mərcliyə də son qoyulacaq. Bunlar olmadan cərimə tətbiqi və onun miqdarının artırılması ilə problem həll olunan deyil”.
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI










