Tarixi görüşdən sonra aeroportda belə yola salındı - VİDEO

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfərini başa vurub.
Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ liderini Ər-Riyad hava limanında Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman yola salıb.
Tramp yanvar ayında dövlət başçısı postuna yenidən gəldikdən sonra ilk dövlət səfərini etdiyi Səudiyyə Ərəbistanından Qətərə yola düşüb.
ABŞ prezidentinin aeroportda Məhəmməd bin Salman tərəfindən yola salınmasını əks etdirən görüntülər sosial şəbəkələrdə marağa səbəb olub. Belə ki, tərəflər arasında səmimi sağollaşma jestləri diqqət çəkib.
Onu da xatırladaq ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ lideri Donald Tramp, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman və Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaraa arasında görüş baş tutub. Ərdoğan Ər-Riyadda keçirilən bu görüşə telefon bağlantısı ilə qoşulub.
İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO
Prezident Özbəkistanla iki sənədi təsdiqlədi
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI
Bakının bir sıra yollarında tıxac yarandı
Tramp, Putin və Su Cinpin Çində görüşəcək; nələr müzakirə ediləcək? - POLİTOLOQ
Ağac avtomobilin və ya evin üzərinə aşanda zərəri kim ödəyəcək? – EKSPERTDƏN AÇIQLAMA
Küləkli havada sürücülər nələrə diqqət etməlidir? – MÜTƏXƏSSİS
Küləkdə ölüm və xəsarət olmaması üçün nə edək? – AÇIQLAMA
Həftəyə tıxacla başladıq
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur












