Tbilisidə müasir dəmir yolu konteyneri və yük terminalı istifadəyə verilib

Gürcüstanın paytaxtı Tbilisidə müasir dəmir yolu konteyneri və yük terminalı istifadəyə verilib.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, terminalın açılış mərasimində Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili iştirak edib.
O qeyd edib ki, Orta Dəhlizin inkişafı məhz belə strateji layihələrin reallaşdırılması ilə mümkün olur: "Bu multimodal infrastruktur yalnız yük və tranzit daşımaları üçün deyil, eyni zamanda müxtəlif nəqliyyat və logistika əməliyyatları çərçivəsində əlavə dəyər yaradır, ölkə iqtisadiyyatına mühüm töhfə verir".
“Biz Orta Dəhlizi sadəcə yük daşımaları marşrutu kimi deyil, mürəkkəb nəqliyyat və logistika ekosistemi kimi görürük. Bu cür layihələr çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində dəyər zəncirləri yaranır. Məhz bu baxımdan infrastruktur obyektlərinin inkişafı vacib əhəmiyyət daşıyır”, -deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, terminalın əlverişli coğrafi mövqeyi-hava limanı, avtomobil yolları və dəmir yolu xətlərinə yaxınlığı-onun regionda nəqliyyat qovşağı rolunu gücləndirir və Orta Dəhliz çərçivəsində Gürcüstanın potensialını daha da artırır.
Layihə üç mərhələdə həyata keçirilir. Hazırda 21 milyon ABŞ dolları investisiya ilə birinci mərhələ başa çatıb. Terminalın ümumi sahəsi 286 min kvadratmetr təşkil edir. Birinci mərhələdə ümumilikdə 50 000 m² sahəni əhatə edən konteyner meydançası, hər biri 600 metr uzunluğunda olan 3 ədəd dəmir yolu xətti, 2 ədəd şəxsi lokomotiv, 2,500 m²-lik qapalı anbar, eləcə də sertifikatlı tərəzilər və müxtəlif yükləmə avadanlıqları ilə təchiz olunmuş infrastruktur yaradılıb. Mövcud imkanlarla terminalda il ərzində 100 000 TEU konteyneri aşıracaq. Terminalda tikinti tam başa çatdıqdan sonra bu göstərici 200 000 TEU-ya qədər artırılacaq.
Terminal ilk qatarını bu ilin 3 may tarixində Batumidən qəbul edib. Qatar 30 ədəd 20 futluq konteynerdən ibarət olub. Hər konteynerdə 26 tondan çox yük daşınıb, bu da dəmir yolu daşımalarının səmərəliliyini və ekoloji üstünlüklərini nümayiş etdirib.
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO










