TƏBİB sədri qızının toyu üçün yarım milyondan keçdi - Bəyin saatı və gəlinin ayaqqabısının qiyməti... - VİDEO - FOTO

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qızına toy edib.
Bu barədə görüntüləri qurumun İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri vəzifəsinə Zamirə Ədilova paylaşıb.
Onun paylaşımından sonra KİV-lərdə müzakirə mövzusuna çevirilib.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qızına qiyməti yarım milyon manata başa gələn dəbdəbəli toy etməsi sosial şəbəkələr və medianın gündəminə çevirilib.
Toyda ölkənin tanınmış müğənniləri də iştirak ediblər. Apardığımız araşdırma görə, Röyanın 3-4 mahnıya görə 25 min manat, Aygün Kazımovanın ifa etdiyi 3-4 mahnıya görə V.Qurbanov 30 min manatından keçməli olub. Ümumilikdə isə təkcə ölkə şou-biznes nümayəndələrinə 100 min manata yaxın pul xərcləyib.
Məclis Bakının ən dəbdəbəli restoranlarından olan "Böyük Saray"da başsa da, toya hazılıq və fotosessiya "The Ritz-Carlton Baku” otelində baş tutub.
Toy qədər bəy və gəlinin hədiyyə və aksesuarları da diqqət çəkir.
Referans.az xəbər verir ki, 32gun.az-ın əldə etdiyi məlumata görə, bəy toya taxdığı qol saatı İsveçrənın məşhur brendi "Longiness"dəndir. Bəyin qolundakı "Longiness" brendinin "Elegant Collection" modelinin qiyməti 105.050 TL-dir (təxminən: 8 min manat).
Sədrin qızının ayaqqabısının qiyməti isə İtaliyanın məşhur "René Caovilla" markasın "Margot sandal" modelidir. Həmin modelin qiyməti 1528 dollardır. Gəlinin ətri istifadə etdiyi "COCO MADEMOISELLE" ətrinin 100 ML-sinin isə qiyməti isə 250 manatan başlayır.




Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












