Təyyarədə ayaqqabını çıxarmaq olarmı? - Ekspertlər və stüardessalar ...

Bəzi sərnişinlərə təyyarədə ayaqqabılarnı çıxarmaq qətiyyən olmaz. Təyyarədə səyahət vaxt qənaəti baxımından əlverişli olsa da, xüsusilə uzun uçuşlarda narahatlıq yarada bilər. Bəzən sərnişinlər ayaqlarını dincəltmək üçün ayaqqabılarını çıxarırlar.
Bu, etik baxımdan qəbulolunandır?
Avtosfer.az Lent.az-a istinadla bildirir ki, etiket üzrə ekspert Codi R. R. Smitin dediyinə görə, yalnız bir halda təyyarədə ayaqqabı çıxarmaq olar - əgər uçuş 4 saatdan çox davam edirsə. Lakin bununla yanaşı, o xəbərdarlıq edir: ayaqqabını yalnız ayaqlarınızın heç bir qoxusu yoxdursa çıxarmaq olar.
Digər ekspert Rozalinda Oropeza Rendall isə qeyd edir ki, bəzi sərnişinlər heç bir halda ayaqqabısını çıxarmamalıdır – hətta uzun uçuş zamanı belə.
“Əgər siz fövqəladə çıxış sırasındasınızsa, ayaqqabılarınız mütləq ayağınızda olmalıdır. Bu yerdə oturmaqla siz fövqəladə vəziyyətdə dərhal kömək etməyə məsuliyyət daşıyırsınız. Ayaqqabı axtarmaq, bağcığı açmaq və geyinmək üçün vaxt olmayacaq”. Amma ayaqqabını çıxarmağın başqa bir praktiki mənfi tərəfi də var. Təyyarə bələdçiləri xəbərdarlıq edirlər ki, təyyarənin döşəməsi o qədər də təmiz deyil.
Xüsusilə, tualetə ayaqqabısız getmək qətiyyən tövsiyə olunmur.
Bələdçi Daniyel bildirir:
“Orada gördüyünüz döşəmə suya bənzəyə bilər, amma inanın, bu su deyil. Nə demək istədiyimi anlayırsınız”. Əl yükünüzdə təyyarəyə buraxılmayan əşyalar da var.
Məsələn:
- İdman alətləri (baqaja verilməlidir)
- Bəzi dronlar
- Qayçı və yumşaq pendir kimi əşyalar da təhlükəsizlik nəzarətindən keçməyə bilər.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












