“TikTok”a VPN-lə daxil olanların NƏZƏRİNƏ

Son zamanlar “TikTok” sosial şəbəkəsinə müvəqqəti məhdudiyyət səbəbindən VPN-lərə tələbat artıb.
Avtosfer.az-ın məlumatına görə, ölkəmizdə hər hansı sosial şəbəkə müvəqqəti məhdudiyyət qoyulursa, bu, informasiya təhlükəsizliyini təmin etmək üçün atılan addımdır. Pulsuz VPN-lər şəxsi məlumatların oğurlanmasına zəmin yaradır.
Pulsuz VPN-lərin zərərləri bunlardır:
İstifadəçi “DNS” sorğularını dəyişə bilər və istifadəçi daxil olmaq istədiyi internet saytından fərqli bir sayta yönləndirilə bilər. Məsələn, istifadəçini daxil olmaq üçün saxta bank saytına yönləndirməklə parollar və kredit kartı məlumatları oğurlana bilər.
VPN istifadə edərkən bank hesabınıza daxil olsanız, istifadəçi adı və parol məlumatları oğurlana bilər. Əgər e-poçt hesabına VPN istifadə edərkən daxil olarsa, e-poçt parolu oğurlana bilər və bu məlumatla istifadəçi adından e-poçt göndərilə bilər.
Qeyd edək ki, sentyabrın 19-dan etibarən Azərbaycan ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












