DİN-dən həkimin xəstəni döyməsi iddiasına reaksiya - VİDEO - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Tovuz Rayon Mərkəzi Xəstəxanasının həkimi Sona Hüseynovanın vətəndaşı döyməsi ilə yayılan videoya münasibət bildirib.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov açıqlamasında bildirib ki, Tovuz rayon sakini Fərid Yusifov Tovuz Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək rayon xəstəxanasında həkim-psixoloq işləyən Sona Hüseynova tərəfindən döyülməsi ilə bağlı müraciət edib:
“Vətəndaşın müraciəti əsasında RPŞ-in Təhqiqat Bölməsində araşdırma başlanılıb, ekspertiza təyin olunub. Ekpertizanın rəyindən sonra araşdırılması üçün toplanan material rayon prokurorluğuna göndəriləcək”.
11:17
Tovuz rayon Mərkəzi Rayon Xəstəxanasının həkimi Sona Hüseynova vətəndaşı döyməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videoya münasibət bildirib.
Xəstəxanada psixiatr vəzifəsində çalışan S.Hüseynova açıqlamasında deyib ki, həmin şəxs epilepsiya xəstəliyindən əziyət çəkir və 6 il əvvəl qeydiyyata alınıb.
Onun sözlərinə görə, ona 3-cü qrup əlillik təyin olunub: "Son 5 ildə müayinə üçün müraciət edilməyib. Vətəndaşın dediyinə görə, Bakıda fəaliyyət gösətərən özəl tibb müəssisələrinin birində müalicə alıb. Müayinə zamanı növbəlilik prinsipini pozaraq otağa Vətən müharibəsi qazisi adı ilə daxil olub. Lakin onun qazi olmadığı, hətta hərbi xidmət keçmədiyi məlum olub. Müayinə zamanı ciddi şəxsiyyət pozuntusu aşkar olunmadı, əlilliyin təyin olunması ilə bağlı isə özünə məlumat verilmədi. Çünki əlilliyin meyarlarına görə epileptik tutmalarının sayı vacibdir. Son 5 ildə stasionar yatışla bağlı bir dənə belə olsun sənədi yoxdur.
Epileptik tutmasının olması, şəxsiyyət dəyişikliyin olub-olmaması barədə tək psixiatr kimi diaqnoz qoymağa hüququm yoxdur. Buna görə mənə stasionar yatış barədə sənəd, epiqriz lazım idi. Lakin vətəndaş stasionar yatışa razı olmadığını bildirək məni qanunsuzluqda ittiham edərək cinayət işi törətməkdə günahlandırdı. Videoçəkiliş etməyə icazə olmadığını bildirsəm də, məni videgörüntəyə almağa cəhd göstərdi. Bir xanım kimi məni təhqir edərək nalayiq təkliflər etdi. Məqsədim telefonu onun əlindən almaq olub. Videonun yayılmaması üçün məni şantaj etməyə başladı. Bildirdi ki, ya 3 min manat pul verəcəm, ya da videonu yayımlayaraq səni rüsvay edəcəyəm".
Bakıda abidənin tikinti tarixi səhv verilib? - RƏSMİ AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakı gömrüyündə diqqətçəkən dəyişiklik: Çin avtomobilləri azalıb - VİDEO
İyuldan sentyabra qədər... çox isti olacaq – XƏBƏRDARLIQ
Bu yol 2 gün bağlı olacaq - Sürücülərin diqqətinə!
Yollarda vəziyyət pisləşəcək - XƏBƏRDARLIQ
Bakıda ictimai nəqliyyatda rəqəmsal ödəniş böhranı - Kartdan xəbərsiz pul silinir
Bakıya 7 aya yağan yağış iki gündə yağdı - ADSEA sədri - VİDEO
Bu şəxslər quru sərhədlərdən keçərək xaricə gedə bilərlər
İlham baba mənə “Kamaz” göndərdi - VİDEO
Çökən kollektorun qəzalı hissəsi dəyişdirilir - FOTO - VİDEO
Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - Sürücülərin NƏZƏRİNƏ - VİDEO










