Tramp İrana hücum edərək Çinə hansı mesajı vermək istəyib? – Politoloq AÇIQLADI

ABŞ Prezidenti Donald Trump son açıqlamalarında İranla gərginliyin hələ bir müddət davam edəcəyini bildirib.
Avtosfer.az-a danışan politoloq Elxan Şahinoğlu qeyd edib ki, Tramp yaxın 2–3 həftə ərzində İrandakı bütün hərbi hədəflərin məhv ediləcəyini vurğulayıb, lakin Hörmüz boğazına müdaxilə planının olmadığını açıqlayıb.
ABŞ lideri bildirib ki, ölkəsi hazırda dünyada ən böyük neft və qaz istehsalçısıdır və bu marşrutdan istifadə edən ölkələr təhlükəsizliyi özləri təmin etməlidir.
Elxan Şahinoğlu əlavə edib ki, ABŞ müharibəni dayandırmaq istəyən dövlətlərin vasitəçilik təşəbbüslərini nəzərə almır. Son dövrlər Çin və Pakistan birgə sülh təşəbbüsləri ilə çıxış etsələr də, Vaşinqton bu təşəbbüsləri qulaqardına vurur. Politoloq bildirib ki, ABŞ-nin İranla hərbi əməliyyatı həm regionda nüfuzunu qorumağa, həm də Çinə mesaj verməyə yönəlib. Pekin Tayvan üzərindəki hərbi planları var və Trampın mesajı bu planları təxirə salmaq niyyəti daşıyır.
Şahinoğlu vurğulayıb ki, Yaxın Şərqdəki müharibə enerji bazarlarında böhran yaradıb, neft qiymətlərini kəskin yüksəldib və xüsusilə Çin və Hindistanın iqtisadi maraqlarına mənfi təsir göstərir. İran Çinə və Hindistana neft daşıyan tankerlərin Hörmüz boğazından keçməsinə şərait yaratsa da, davam edən gərginlik regionda logistika və tədarük zəncirini çətinləşdirir.
Politoloq qeyd edib ki, Hindistan regionda Cənubi Asiyanı Avropa ilə birləşdirəcək yeni nəqliyyat dəhlizi layihəsini təxirə salmalı olub. ABŞ və İran arasındakı gərginliyin yaxın perspektivdə dünya enerji və iqtisadi sisteminə təsirləri davam edəcək, sülh təşəbbüslərinin reallaşması isə hələ ki, qeyri-müəyyəndir.
Eltac Zülfüqaroğlu
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT
Skuteri qaydasız park edənlər cərimələnə bilər – FOTO
Bloqerlərin izləyici sayını süni artıranlar ifşa olunur? - RƏY
Bu rayonlar öz xərclərini ödəyə biləcəklər? – İQTİSADÇI AÇIQLADI
Metro və avtobusların yükü azalacaq? - Yeni xətlər çəkilir
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA
Bu yollarda tıxac var - SİYAHI
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI












