Trans-Xəzər dəhlizində yük həcmi 10 milyon tona çatdırılacaq - Baş nazirin müavini

Hazırda Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizinin inkişafına böyük diqqət yetirilir.
Avtosfer.az "AZƏRTAC"a istinadən xəbər verir ki, bunu Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu Astanada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə apardığı danışıqlardan sonra jurnalistlər üçün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, ötən il bu dəhliz vasitəsilə yük daşımaları 4,5 milyon tona çataraq 62 faiz artıb.
“Gələcəkdə bu rəqəmi 10 milyon tona çatdırmaq nəzərdə tutulur. Bu istiqamətdə “Middle Corridor Multimodal Ltd” birgə müəssisəsinin səmərəli fəaliyyəti mühüm rol oynayacaq”, – deyə nazir vurğulayıb.
Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu, həmçinin Orta Dəhliz kimi tanınan bu yol, Çin və Avropa ölkələrini Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə birləşdirir.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











