“TransLogistica Caspian” sərgisində “Dəmiryol nəqliyyatının rəqəmsallaşdırılması” mövzusunda panel keçirilib - FOTO

22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi (“TransLogistica Caspian”) çərçivəsində “Dəmiryol nəqliyyatının rəqəmsallaşdırılması” mövzusunda panel təşkil olunub.
"Azərbaycan Dəmir Yolları" QSC-dən Avtosfer.az-a verilən məlumata görə, müzakirələr zamanı TRACECA layihəsinin iştirakçısı olan ölkələrin dəmiryol təşkilatlarının tətbiq etdiyi rəqəmsal həllərdən və qarşılıqlı təcrübə mübadiləsindən söz açılıb.
Paneldə iştirak edən “Azərbaycan Dəmir Yolları” QSC-nin Rəqəmsal inkişaf departamentinin baş məsləhətçisi Asif Hüseynov ADY-nin yükdaşıma əməliyyatlarının rəqəmsallaşdırılması istiqamətində gördüyü işlərdən danışıb, qonşu ölkələrlə effektiv elektron məlumat mübadiləsinin aparıldığını, rəqəmsal həllərin tətbiqi nəticəsində əməliyyatların sürətləndiyini bildirib.
Panel iştirakçıları dəmiryol əməliyyatlarının rəqəmsallaşdırılmasının regionda nəqliyyat sahəsində əməkdaşlığı daha da gücləndirdiyini və yeni imkanlar yaratdığını qeyd ediblər.


Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












