“TransLogistica Caspian” sərgisində Xəzər regionunda multimodal daşımaların perspektivləri müzakirə olunub - FOTO

22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi (“TransLogistica Caspian”) çərçivəsində “Xəzər regionunda multimodal daşımalar: Səmərəli nəqliyyat logistikasının təmin edilməsində perspektivlər və çağırışlar” mövzusunda panel təşkil olunub.
"Azərbaycan Dəmir Yolları" QSC-dən Avtosfer.az-a verilən məlumata görə, panel müzakirələrində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Marketinq və tarif siyasəti departamentinin müdir müavini Natiq Rəsulzadə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənli və “ADY Express” MMC-nin baş əməliyyat inzibatçısı Rəşad Məcidov iştirak ediblər.
İştirakçılar Azərbaycanın Orta Dəhliz üzərindən həyata keçirilən daşımalardakı rolunun artdığını, əməliyyatların optimallaşdırılması məqsədilə dəhliz iştirakçısı olan ölkələrlə vahid koordinasiya sisteminin yaradıldığını qeyd ediblər. Orta Dəhlizin sanksiyalardan azad strateji yol olduğu xüsusilə qeyd edilib.
Müzakirələr zamanı qeyd olunub ki, dəmir yolu və dəniz keçidləri vasitəsilə həyata keçirilən yük daşımalarının həcminin qarşıdakı illərdə də artacağı gözlənilir və bu tendensiya Azərbaycan iqtisadiyyatı üçün yeni fürsətlər yaradacaq.


Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












