TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək - Nikol Paşinyan

Demokratiya həmişə regional əməkdaşlıq üçün işləyir və sülh üçün bir vasitədir. Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş nazir Nikol Paşinyan bu gün səsvermədən sonra jurnalistlərlə söhbətində söyləyib. Paşinyan seçkilərin regiona necə təsir göstərəcəyi ilə bağlı suala cavab olaraq deyib: "Regional dinc gələcəyimizə əminəm, çünki xoşbəxtlikdən Azərbaycanla sülhümüz, Gürcüstanla çox dərin münasibətlərimiz var. Türkiyə ilə diplomatik münasibətlərimizin olacağını gözləyirəm. Əminəm ki, yaxın gələcəkdə Türkiyə ilə dəmir yolu və avtomobil yolları da açılacaq. TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək oyun dəyişdirən bir layihədir. Bu, Ermənistan, Azərbaycan, Türkiyə, Gürcüstan və İran üçün faydalıdır”.
O, Rusiya ilə münasibətlərdə gərginlik görmədiyini, bunun süni olduğunu bildirib: "Rusiya ilə münasibətlər institusional dərinliyə malikdir və qarşılıqlı hörmətə əsaslanır. Ermənistanda fəaliyyət göstərən bəzi qüvvələr münasibətlərdə gərginlik yaratmağa çalışırlar. Bu isə sadəcə Rusiya prezidenti ilə çox yaxın münasibətlərimizin olması səbəbindən yaranmır", - deyə Paşinyan vurğulayıb.
Xatırladaq ki, bu gün Ermənistanda 18 siyasi qüvvənin - 2 blokun və 16 partiyanın iştirak etdiyi parlament seçkiləri keçirilir.
Ermənistanda 2 milyon 485 min 851 vətəndaşın səs vermək hüququ var.
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT












