Türk Dünyasında Sürücülük Təhsili Konfransı keçirilir - FOTO

Ölkəmizin paytaxtı Bakı şəhəri növbəti beynəlxalq tədbirə ev sahibliyi edir. Avtosfer.az xəbər verir ki, Azərbaycan-Kipr Dostluq Cəmiyyəti, Türkiyə Respublikası Sürücülük Təhsili iş Verənləri Həmkarlar İttifaqı, İstanbul Türkiyə Azərbaycan Mədəniyyət Dərnəyinin təşkilatçılığı və Azərbaycanın “Müstəqil Nəqliyyatçılar” İctimai Birliyinin dəstəyi ilə “Türk Dünyasında Sürücülük Təhsili” adlı beynəlxalq konfrans keçirilir.

Tədbirin əsas məqsədi Türk dövlətlərinin bütün sahələrdə əməkdaşlığının inkişafında olduğu kimi müasir dövrdə sürücülük təhsili sahəsində də qarşılıqlı iş birliyini yaradılmasına kömək etməkdir. Sürücülük təhsili sahəsinda tətbiq olunan dünya standartlarının öyrənilib tətbiq edilməsi, xüsusi ilə yeni nəsil elektrikli və ağıllı avtomobillərin idarə olunması ilə bağlı ortaq təhsil proqramının tətbiqi sahəsində əməkdaşlığın yaradılmasıdır.

Tədbirdə Türkiyənin keçmiş təhsil naziri, Türkiyə Millət Məclisinin təhsil komitəsinin sədri, millət vəkili Mahmut Özər, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə-Kipr parlamentlərarası dostluq qrupunun rəhbəri Orxan Ərdəm, Türkiyə təhsil nazirliyinin aidiyyatı departamentlərinin rəhbərləri, Şimali Kipr Prezidentinin müşaviri Muslu Akgüney, Şimali Kipr Türk Respublikası Nəqliyyat Nazirliyinin əməkdaşları, “Müstəqil Nəqliyyatçılar” İctimai Birliyinin sədr müavini Elməddin Muradlı, Türkiyə və Şimali Kiprdən sürücülük təhsili tətbiq edən məktəblərin 100-ə yaxın rəhbər və müəllim heyyəti qatılıb.
Tədbirdə ölkəmizdə sürücülük təhsili sahəsində xidmət gösdərən məktəblərin də təmsilçiləri iştrak edir.
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
















