Türkiyəli general: “Zəngəzur dəhlizinin açılması Ermənistanla münasibətlərin tənzimlənməsi üçün çox vacibdir”

“Zəngəzur dəhlizinin açılması Ermənistanla münasibətlərin tənzimlənməsi və sülhlə nəticələnəcək həll yolu üçün ən vacib xüsuslardan biridir”.
Bunu “Report”a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz deyib.
O bildirib ki, Zəngəzur dəhlizinin açılmasını 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın doqquzuncu maddəsi ilə təsbit edilib. Həmsöhbətimiz diqqətə çatdırıb ki, Zəngəzur dəhlizi Avropanı Orta Asiya ilə əlaqələndirən ən qısa yol olacaq:
“Bu dəhliz Azərbaycanı Naxçıvana, Türkiyəni Azərbaycana və Türk dünyasına quru yolu ilə bağlayacaq. Yəni tarixi, iqtisadi, geopolitik bir əhəmiyyətə sahibdir”.
Y.Karauz dəhlizin açılma ehtimalının çox yüksək olduğunu söyləyib:
“Dəhlizin açılma ehtimalını çox yüksək görürəm. Onsuz da Azərbaycan öz üzərinə düşən işlərin 85 faizini tamamlayıb. Zəngəzur dəhlizinin açılmama ehtimalı çox azdır. Laçın yolu gündəmdə varsa, deməli Zəngəzur dəhlizinin açılması da mütləqdir, qırmızı xətdir. Rusiya da bunun baş tutmasını istəyir, çünki dəhlizin fəaliyyətinin reallaşması Rusiyanı Türkiyəyə - Qarsa, Ərzuruma bağlayacaq. Bu, regionda iqtisadi, mədəni və sosial inkişafa da müsbət təsir göstərəcək”.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












