Türkiyənin dəniz limanlarında yük dövriyyəsinin həcmi rekord səviyyəyə çatıb

Türkiyənin dəniz limanlarında yük dövriyyəsinin həcmi 2025-ci ilin yanvar ayında rekord səviyyəyə - 48,6 milyon tona çatıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 12,8 faiz çoxdur.
Avtosfer.az "Azərtac"a istinadən xəbər verir ki, bunu fevralın 9-da Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu söyləyib. Onun sözlərinə görə, yanvar ayında Türkiyənin dəniz limanlarına yüklərin daşınması üzrə lider ölkə Rusiya olub, Türkiyə məhsullarının ixrac həcminə görə isə İtaliya, ABŞ və İspaniya liderlik edib.
Cari ilin ilk ayında Türkiyədə yüklərin dövriyyəsi üzrə lider limanlar Aliağa (7,72 milyon ton), Kocaeli (7,71 milyon ton) və İskəndərun (6,6 milyon ton) olub.
Nəqliyyat naziri vurğulayıb ki, Türkiyə hökuməti qlobal dəniz yükdaşımalarında ölkənin payını artırmaq istiqamətində bütün zəruri tədbirləri görməyə davam edəcək.
Ölkənin nəqliyyat sistemi növbəti yağışlara necə hazırlaşmalıdır? - AÇIQLAMA
Gürcüstanda avtomobil rüsumları artırılır: Azərbaycan bazarına təsiri necə olacaq? - AÇIQLAMA
Təcili yardımın arxası ilə gedən sürücülərə DİN-dən XƏBƏRDARLIQ - VİDEO
Səkilərdə piyadaların maneəsiz hərəkəti necə təmin edilməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - Sürücülərin NƏZƏRİNƏ!
İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO
“Bədr müqaviləsi” ABŞ-ın hərbi sənaye bazarındakı mövqelərini zəiflədə bilər – POLİTOLOQ
Prezident Özbəkistanla iki sənədi təsdiqlədi
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI
Bakının bir sıra yollarında tıxac yarandı












