Ucar, Ağdaş və Göyçayda fəaliyyət göstərən quldur dəstəsi tutuldu - FOTO

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin may-iyul ayları ərzində rayonun Rəstəcə və Məlikballı kəndləri ərazisində yerləşən 6 fərdi təsərrüfatdan 54 baş xırdabuynuzlu və 4 baş iribuynuzlu heyvan, eləcə də 9 rəst at oğurlayaraq zərərçəkmişlərə ümumilikdə 40000 manata yaxın maddi ziyan vuran üç nəfər saxlanılıb.
Araşdırmalarla onların Göyçay rayon sakini Natiq Süleymanov, Ucar rayon sakinləri Səməd Hüseynov və Amil Nəsirov olduqları müəyyən edilib.
Həmin şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onların digər cinayət əməllərinin üstü də açılıb. Belə ki, N.Süleymanov və S.Hüseynov aprel ayında Ağdaş rayonunun Xosrov kəndində yerləşən bir təsərrüfatdan 35 baş xırdabuynuzlu heyvan, may ayında isə Göyçay rayonunun Çərəkə kəndində yerləşən iki təsərrüfatdan 28 xırdabuynuzlu və 2 baş iribuynuzlu heyvan oğurlayaraq zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vurublar.
Üç rayon ərazisindən ümumilikdə 132 heyvan oğurlayan həmin şəxslər heyvanların yarısını dəyərindən ucuz qiymətə sataraq əldə etdikləri pulları öz aralarında bölüblər. 66 baş xırdabuynuzlu heyvan isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb və zərərçəkmişlərə geri qaytarılıb.
Faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir. Onların digər analoji cinayətlərdə iştiraklarının olub-olmaması araşdırılır.
Anar Ələkbərov şəhid anaları ilə görüşüb - FOTO
Azərbaycanın dəmiryol sistemində yenilik; yükdaşımalar 2 dəfə artırılacaq - VİDEO
Metroda gedişhaqqı artırılır? – Ekspertdən AÇIQLAMA
Bu ərazidə tikinti bitənədək piyadalar necə hərəkət etməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Coratda bir neçə çala asfaltla dolduruldu; sakinlər narazıdır - FOTO
“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir – AÇIQLAMA - VİDEO
Sərnişinlərə qatarla alternativ yollar təklif edildi - FOTO
“Ulduz” metrosu ətrafında yeni yol: Piyada bağlantısı necə olacaq? – AÇIQLAMA
Azərbaycanda 8 ay ərzində neçə minik avtomobili istehsal edilib? – Rəsmi STATİSTİKA
Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI













