Uçuşu olan sərnişinlərin DİQQƏTİNƏ!

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda indiyə kimi uçuş cədvəlinə təsir edən hər hansı gecikmə və ya ləğv olunmuş reys qeydə alınmayıb.
Heydər Əliyev Beynəlxalq Aeroportundan Avtosfer.az-a verilən məlumata görə, uçuşların təhlükəsizliyi tam təmin olunaraq bütün reyslər cədvəl üzrə həyata keçirilir.
Uçuşu olan sərnişinlərə hava şəraitini və nəqliyyat idarəetməsində yarana biləcək çətinlikləri nəzərə alaraq hava limanına gəliş vaxtlarını əvvəlcədən planlamaları tövsiyə olunur.
Hava limanı ərazisində müşahidə olunan güclü külək səbəbindən sərnişinlər və ziyarətçilər açıq havada ehtiyac olmadıqca uzun müddət qalmamağa çağırılır.
Qeyd edək ki, qeyri-sabit hava ilə bağlı mümkün dəyişikliklər olarsa, sərnişinlərə hava limanının və aviaşirkətlərin rəsmi kanalları vasitəsilə əlavə məlumat veriləcək.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












