Ukrayna səfiri Ermənistan XİN-ə çağırılıb

Ukraynanın Ermənistandakı səfiri İvan Kuleba bu gün Ermənistanın Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunub. Ermənistan XİN-də Ukrayna səfirini nazir müavini Şavarş Koçaryan qəbul edib.
İ.Kulebanın Ukrayna XİN-in iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş toqquşmalarla bağlı bəyanatına görə nazirliyə çağırıldığı bildirilib.
Xatırladaq ki, Ukrayna XİN iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində artilleriya atəşindən istifadə edilməsi ilə nəticələnən gərginliyə görə dərin narahatlığını ifadə edib. Bildirilib ki, Ukrayna münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Qeyd olunub ki, Ukrayna tərəfi vəziyyətin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll olunmasının tərəfdarıdır. (APA)
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO











