Ukraynada Ermənistan minaları tapıldı: Ermənilər Rusiyaya minalar ötürürlər? - FOTOFAKT

Ukraynanın işğaldan azad edilmiş ərazilərində Ermənistan istehsalı olan piyada əleyhinə minalar aşkar edilib.
Bu barədə “İnformasiya müqaviməti” qrupunun hərbi-siyasi şərhçisi Aleksandr Kovalenko öz “Telegram” kanalında məlumat verib.
“Ukraynanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi zamanı bəzən gözlənilməyən nümunələr qarşımıza çıxa bilir. Məsələn, ərazidən tapılan “E-001” piyada əleyhinə minasının fotosu dərc olunub ki, bu mina Ermənistanda istehsal olunur. Bunun erməni minası olduğuna şübhə yoxdur, mən bu minaları şəxsən Qarabağda görmüşəm”, - deyə o bildirib.
“Qeyd edim ki, əvvəllər Ermənistanın Rusiya ordusuna belə minalar verməsi barədə məlumat daxil olmayıb. Amma mən hələlik nəticələr çıxarmaq üçün tələsmək istəməzdım. İndiki mərhələdə bu minalardan nə qədərinin Rusiya ordusu tərəfindən istifadə edildiyini və ümumiyyətlə, bu minaların onların əlinə necə düşdüyünü söyləmək çətindir. Tədarük şəklində və ya qaçaqmalçılıq yolu ilə də ola bilər”, - deyə Kovalenko qeyd edib.
Onun sözlərinə görə, müvəqqəti olaraq işğal edilmiş Krımda erməni diasporunun nümayəndələri işğalçılarla sıx əməkdaşlıq edirlər.
“Krım Könüllülər Birliyinin rəhbəri Armen (Samvel) Martoyan 44 günlük müharibə zamanı hətta Qarabağı ziyarət edib və döyüşə könüllülər göndərib. Gizli təchizat kanalı yaradılmış ola bilərdi”, - deyə Aleksandr Kovalenko vurğulayıb.
oxu.az
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA










