Umayra Tağıyeva: "Sel görüntüləri Hacıkəndə aid deyil"

“İyulun 11-i və 12-ə keçən gecə və səhər saatlarında ölkə ərazisindən soyuq atmosfer cəbhəsinin keçməsi nəticəsində əksər rayonlarda hava şəraiti yağışlı keçib, şimşək çaxıb. Respublikanın dağlıq və dağətəyi rayonlarda yağıntılar leysan xarakterli, intensiv olub. Nəticədə bəzi ərazilərdə sel qeydə alınıb”.
Avtosfer.az xəbər verir ki, bunları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
“Bu, gözlənilən hadisə idi. Çünki ayın 8-də və 10-da gözlənilən intensiv yağışlar və sel hadisəsi haqqında xəbərdarlıqlar edilmişdi.
Onu da nəzərinizə çatdırım ki, sosial şəbəkələrdə və bəzi mətbu orqanlarda Hacıkənddə müşahidə edilən sel görüntüləri həqiqətə uyğun deyil. Bu, 2019-cu il Dağıstanda olan hadisənin çəkilişləridir”, - deyə o bildirib.
Respublikanın rayonlarında qeydə alınan sel ötən il Şimali Qafqazda olan seldən xeyli zəif olub: “Ümumiyyətlə qeyd etmək istərdim ki, belə proseslər Böyük Qafqaz sıra dağlarından aşarkən intensivliyini bir qədər itirir və xoşbəxtlikdən Azərbaycanda belə hadisələr Şimali Qafqaz ölkələri, Rusiyanın cənubunda olan təbii hadisələrlə müqayisədə zəif keçir”.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












